BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsi iştirakçısı yol qəzasında öldü

Vətən müharibəsi iştirakçısı yol qəzasında həlak olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün Bakı-Ələt yolunda baş verib.

 

Belə ki, “Ford” markalı avtomobil “Mercedes” markalı avtomobilə toqquşub. Nəticədə “Ford” markalı avtomobilin sərnişini - Kürdəmir rayon sakini, 2002-ci il təvəllüdlü Əhmədov Yolçu Cabir oğlu hadisə yerində ölüb.

 

Qeyd edək ki, Y.Əhmədov 2002-ci ilin iyulun 27-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Vətən müharibəsi zamanı ön cəbhədə vuruşub. Göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən "Füzuli rayonunun azad olunmasına görə" və "Xocavənd rayonunun azad olunmasına görə " medalları ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

 

Kamal Məmmədov

Tarix: 16 İyun 2022, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin