BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabad RİH-dən intihar edən qazi ilə bağlı AÇIQLAMA

Sabirabad rayonunun Cavad kəndində yaşayan 36 yaşlı Vətən Müharibəsi qazisi Manafov Maşallah Gülağa oğlu bu gün özünü yaşadığı evin həyətində asaraq intihar edib. Bildirilib ki, o, Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasını tərk etdikdən sonra bu addımı atıb.

 

RİH-dən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Maşallah Manafov bu gün icra hakimiyyətində olmayıb.

 

“Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. İcra hakimiyyətinə gələn vətəndaşlar gündəlik qeydiyyata alınır. Rəsmi dəftərimizdə həmin vətəndaşların adları qeyd olunur. Maşallah Manafov daha əvvəl icra hakimiyyətində olub, amma bu gün yox. O, Sabirabad Rayon Rayon İcra Hakimiyyətinə işlə bağlı müraciət etmişdi. Qazimiz icra hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən marketlərin birində işə düzəlmişdi. Onunla bağlı RİH-də heç bir mənfi hal yaşanmayıb”, - məlumatda bildirilib.

 

Aytəkin Qardaşova

Tarix: 16 İyun 2022, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin