BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Mənsimov: “Qarşınızda diz çökürəm” – TƏBRİK

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlara təbrik ünvanlayıb.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

“Qadınlarımız! Gözəldən də gözəl Xanımlarımız! Analarımız, bacılarımız, qızlarımız! Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ayrı-ayrılıqda möhkəm və sarsılmaz can sağlığı, ailə səadəti arzu edirəm. Ulu Tanrım Sizlərə gözəl, xoşbəxt və xoş günlər qismət etsin inşallah.

Əziz xanımlar, gününüz mübarək olsun. Təbəssüm heç vaxt Sizin üzünüzdən əskik olmasın. Siz ən gözəl sözlərə, ən gözəl təbriklərə, ən gözəl həyata layiqsiniz. Zəhmətkeşsiniz və Mərdsiniz, Güclüsünüz və Zərifsiniz, Möhkəm iradəlisiniz və Nəcib xasiyyətlisiniz. Bunlar hamısı sənin gözəlliyindir - qayğıkeş Azərbaycan xanımı. Qarşınızda diz çökürəm”.

Fotoları təqdim edirik
Tarix: 7 Mart 2020, 22:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin