BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə arvadını övladının gözü qarşısında bıçaqlayan şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.  

 

Qeyd: Hadisə ötən il paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. H.Məmmədov arvadına qısqanclıq zəminində beş yaşlı övladının gözü qarşısında bıçaqla zərbələr vurub.

 

Qadın xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. H.Məmmədov tutularaq istintaqa təhvil verilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix: 17 İyun 2022, 07:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin