BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlu: “Son vaxtlar bizi eşitməyə başlayıblar”

“Nazirlər Kabinetinin sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır. Düzgün qərardır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

 

“Əslində bu qərar əvvəlcədən olmalı idi. Çünki, mənim təklifim martın 27-dək məktəblərin qapadılması idi. Mərhələ-mərhələ olsa da etdilər. Son vaxtlar bizi eşitməyə başlayıblar. Kaş digər məsələlərdə də eşidəydilər... Başqa təkliflərimizi də eşitsələr hamısında fayda var” – Q.İbadoğlu qeyd edib.

Tarix: 7 Mart 2020, 23:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin