BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pandemiya ilə bağlı saxta məlumatlarla mübarizə aparmalıyıq” - Teymur Musayev

“Prezident İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizə təşkil edilmişdi. Nazirlər kabineti yanında Operativ Qərargah yaradılmışdı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi beynəlxalq qurumlar tərəfindən maraqla qarşılanıb: “Pandemiya dövründə gördük ki, yeni tibbi peşəkarlara ehtiyac duyulur. Rəqəmsallaşma ən yüksək səviyyədə təşkil edilməlidir”.

 

Nazir bildirib ki, pandemiya zamanı mediada saxta məlumatlar yayılmışdı: “Biz həmin məlumatlarla da mübarizə aparmalıyıq. Pandmeiya dövründə biz çoxsaylı belə məlumatların şahidi olduq. Sonra bu, anti-vaksin təbliğatına çevrildi”.

Tarix: 17 İyun 2022, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin