BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Gəncəyə təyyarə reyslərinin işləməməsindən şikayətləndi

“Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Çox təəssüflər olsun ki, bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri işləmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyatı qurumlar tərəfindən baxılsa, çox yaxşı olar”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Parlamentin növbədənkənar plenar iclasında deputat Naqif Həmzəyev deyib.

 

Deputat qeyd edib ki, Gəncədə daxili yollarda da problem mövcuddur: “Şəhərdə 3 minə yaxın küçə, prospekt var. Lakin bu il cəmi 30 küçəyə vəsait ayrılıb. Sürücülər yollarda avtomobil istifadə edə bilmirlər. Xahiş edirəm, bu məsələyə də baxılsın”.

 

Aytəkin Qardaşova

Tarix: 17 İyun 2022, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin