BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda gənc ana azyaşlı oğlu ilə birlikdə itkin düşdü

Bakıda gənc ana azyaşlı oğlu ilə birlikdə itkin düşüb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 13-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.


Belə ki, 1996-cı il təvəllüdlü Hüseynova Arzu Ağaqulu qızı övladı, 2020-ci il təvəllüdlü Hüseynzadə Hüseyn Anar oğlunu da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.


Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


Kamal Məmmədov 

Tarix: 17 İyun 2022, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin