BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrovun Bakı səfəri: Çantasında nələr var? – “Moskva narahatdır”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişinin əsas məqsədi Azərbaycanla Rusiya arasındakı münasibətləri daha da möhkəmləndirmək, Rusiyanın bölgədəki maraqlarını təmin etməkdir. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərini mümkün kənar müdaxilələrdən qorumaqdır. Son dövlər xüsusən rəsmi Brüssel Cənubi Qafqazda münaqişənin sülh yolu ilə həll olunması məsələsini ələ alıb. Azərbaycan və Ermənistan arasında 4 dəfə Brüssel görüşü keçirilib. Bu görüşlərdə real nəticə əldə olunub. Rəsmi Moskva da bundan çox narahatdır, bunu daim Lavrovun da, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın da açıqlamalarında görmüşük. Zaxarova ən son Avropa İttifaqını qeyri-səmimi olmaqda, sülh quruculuğu işində səmimi olmamaqda ittiham etmişdi. Hətta bildirmişdi ki, Avropa İttifaqı əslində regiondakı proseslərə mane olur. Bütün bunlar onu deməyə əsas verir ki, rəsmi Moskva Avropa İttifaqının bölgədə aktivləşməsindən narahatdır”.

 

Bu sözləri Pravda.az-a politoloq Turab Rzayev Rusiya XİN rəhbəri Sergey Lavrovun planlaşdırılan Bakı səfəri barədə danışarkən deyib.

Alman şirkətinə qarşı da ən sərt addımlar atılmalıdır” – Turab Rzayev

Politoloq qeyd edib ki, rəsmi Moskva ABŞ-ın da bölgədə aktivliyinin artmasından narahatdır: “ABŞ-ın da bölgəyə artan marağı hiss olunur. Son iki həftə müddətində ABŞ-ın iki yüksək rəsmi tribunasından Azərbaycan Prezidentinə məktub göndərilib. Əvvəllər bunun analoqu görülməyib. Bundan başqa, həm Bakıda, həm Vaşinqtonda ABŞ-la Azərbaycan arasında rəsmi görüşlər keçirilib. Moskva bunu özünün regionda maraqları, Cənubi Qafqazda nüfuz dairəsi üçün təhdid hesab edir. Ona görə də, məhz əsas məsələ, əlbəttə ki, Qarabağ münaqişəsi, düşünürəm, yenidən gündəmdə olacaq. Sərhədlərin delimistasiya və demarkasiyası Rusiya sülhməramlıları, eyni zamanda Qarabağdan rus ordusunun çıxıb-çıxmaması ilə bağlı məsələlər müzakirə mövzusu ola bilər. Çünki hazırda Qarabağdakı separatçı qurumun rəhbəri Araik Arutyunyan rəsmi İrəvandan daha çox sanki rəsmi Moskvanın sözünü eşidir. Ola bilsin ki, Xankəndinin gələcək taleyi ilə bağlı məsələlər təkcə İrəvanla yox, Moskva ilə qarşılıqlı danışıqlardan asılı olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 17 İyun 2022, 13:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin