BURADA REKLAMINIZ OLA
BİLƏR

“Belə çıxır ki, 2%-ə görə dünya ac qalacaq?!”

“Dünyanın "mainstream" mediası bəşəriyyəti dolayıb, səs-küylə insanları idarə edirlər, hay-küylə qiymət qaldırırlar, dünya əhalisi də bunun əziyyətini çəkir: Artıq 2 aydır ki, dünyada “ərzaq buğdası böhranı”ndan, aclıqdan danışırlar, Ukraynanın Rusiyanın bu ölkəyə təcavüzündən dolayı buğda sata bilməməsini səbəb kimi göstərirlər. Əlbəttə ki, Rusiyanın işğalçı siyasəti, Ukraynaya hücumu dünyanın ərzaq bazarına və logistik marşrutlara ciddi təsir edib, amma bu dünyada mövzunu qızışdıraraq  təşviş yaymağa, qiymətləri artırmağa əsas yaratmır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərlinin sözlərinə görə, dünyada hər il 760 milyon ton buğda (əmtəəlik, yəni, un istehsalı üçün) istehsal olunur, Ukraynanın isə cəmi 20 milyon ton taxılı var ki, bunu bazara çıxarda bilmir, Rusiya mane olur: “Yəni, Ukraynanın dünyada taxıl istehsalındakı payı 2%-ə yaxındır, belə çıxır ki, həmin o 2%-ə görə dünya ac qalacaq?! Elə deyil axı, bu təşviş, "mainstream" medianın “üz cırması”, sadəcə, qiymətləri yüksəldir. 2019-cu ildə buğdanın tonu 170-190 dollar arası idisə, bu gün 400-450 dollar arasındadır və bu qiymətlər kasıb ölkələrin təhcizatına zərbə vurur, yəni, taxılın fiziki azlığı deyil, qiymətlərin yüksək olması məhz Afrika və Asiyanın kasıb ölkələrində aclıq təhlükəsini artırır. Dünyada hər şeyi, ən qorxulu, təhlükəli, vacib mövzuları belə piara çeviriblər, araşdırmadan, rəqəmlərə baxmadan təşviş “əkirlər”, rəqəmlər isə, insanlardan fərqli olaraq, heç vaxt yalan danışmır...”

 

Kənan

Tarix: 17 İyun 2022, 14:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin