BURADA REKLAMINIZ OLA
BİLƏR

Yevlaxda arvadını öldürən, qohumunu güllələyən şəxsə 18 il HƏBS

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda arvadını və qohumunu güllələyən Mehdi Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, o, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə bu il fevralın 9-u saat 7 radələrində Yevlax rayonu, Hacıselli kəndində qeydə alınıb.

 

Belə ki, həmin gün kənd sakinləri - 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülüb, qonşusu, 1959-cu il təvəllüdlü İldırım Qarayevin isə öldürülməyə cəhd edilib.

 

İstintaqla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq qadını qəsdən öldürməsinə, daha sonra eyni silahdan atəş açaraq qonşusu İldırım Qarayevi öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

 

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Mehdi Qarayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix: 17 İyun 2022, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin