BURADA REKLAMINIZ OLA
BİLƏR

Xose Bernardonu öldürmək istəyən şəxslə bağlı məhkəmə QƏRARI

Ali Məhkəmədə teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovu bıçaqlamaqda təqsirli bilinən Abutalıb Hüseynovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

 

Qərara əsasən, A.Hüseynovun apellyasiya şikayəti təmin olunmayıb.

 

Qeyd: A.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hadisə 2019-cu ilin noyabr ayında Pirallahı rayonu, Xanlar 29 ünvanında baş verib. İttihama görə, A.Hüseynov 1989-cu il təvəllüdlü X.Bernardo və onun qardaşı, 1988-ci il təvəllüdlü R.Hüseynovu mübahisə zəminində bıçaqlayıb.

 

Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Abutalıb Hüseynov saxlanılıb.

 

Ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

 

Xatırlatma: Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında aparıcılıq edib.

 

Kamal Məmmədov

 

Tarix: 18 İyun 2022, 07:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin