Azərbaycanın regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsilərindən biridir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Pravda.az-a bildirib ki, bu illər ərzində Prezident İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 dövlət proqramı qəbul olunub:

“Cənab Prezident İlham Əliyev 2003-cü ildə demişdi ki, regionlarla mərkəz arasındakı fərqi aradan qaldıracağıq. Dörd proqramdan 3-ü artıq icra olunub, müsbət nəticəsini verib. Artıq 4-cü proqramın icrasındayıq. Regionların sosial-iqtisadi inkişaf proqramlarına əsasən ölkəmizin yol infrastrukturu, sosial infrastruktur layihələri icra olunub, 18 min kilometrdən çox avtomobil yolları çəkilib. Digər infratrukturların da yenilənməsi istiqamətində işlər aparılıb. Ölkəmizin qazlaşdırılması prosesi 97%-i keçib. 2003-cü ildə isə bu göstərici 50% idi. Bu gün artıq şəhər rayonlarının hamısı içməli su ilə təmin olunub, su-kanal sistemi müasirləşdirilib. Ölkəmizdə regionlarla birlikdə 3500-dən çox təhsil müəssisəsi yenidən qurulub. 650-dən çox tibb mərkəzi, xəstəxana müasirləşdirilib, 60-a yaxın olimpiya kompleksi tikilib, o cümlədən turizm mərkəzləri yenidən ərsəyə gəlib. Regionlarımıza səfər edən hər bir şəxsdə Azərbaycanın yüksək inkişafı haqqında təsəvvür yaranır. Bu təsəvvür illər ərzində görülmüş işlərin nəticəsində formalaşır. Məhz regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası müasir Azərbaycana nail olmağımıza imkan verib. Dördüncü proqramın əhatə dairəsi daha genişdir. Bu proqramın icra müddəti həm də işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, bərpası ilə üst-üstə düşüb. Cənab Prezidentin sərəncamı ilə 14 iqtisadi rayon yaradılıb. Bundan sonra bütün iqtisadi rayonlarda yenidəqurma, bərpa işləri davamlı olaraq həyata keçiriləcək. Ümumilikdə, Azərbaycan inkişaf dövrünü yaşayır. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə olan bütün sosial infrastruktur məsələləri müsbət həllini tapacaq...”
İqtisadçı-eskpert Eyyub Kərimli deyib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində böyük işlər görülüb:

“Bu dövrlərdə cənab İlham Əliyevin mütəmadi olaraq dövlət proqramlarının icrası ilə bağlı regionlara səfəri, bu proqramların icrasının sürətləndirilməsi ilə bağlı yeni sərəncamların verilməsi, regionların tarazlı inkişafının təmin edilməsi yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin, rifahının yüksəldilməsinə çox böyük təkan verib. Prezidentin Ağcabədi, Kürdəmir, Goranboy, Şəmkir, Qazax, Qəbələ, Samux, Mingəçevir, Gəncə, Sumqayıt şəhərlərinə etdiyi səfərlər çərçivəsində də 100-dən artıq obyektin, istehsal müəssisələrinin, yolların, elektrik və su təchizatlarının, təhsil müəssisələrinin açılışı həllini tapıb. Bunun nəticəsidir ki, hazırda qeyri-neft sektorunun inkişafını görürük. Artıq qeyri-neft sektorunun ixracatında 30%-ə qədər artım müşahidə edirik. Kənd təsərrüfatının inkişafında 2%-ə yaxın artım qeyd olunub. Bir neçə sənaye parkının əsası qoyulub. “Sumqayıt Kimya Sənaye Parkı” xüsusi qeyd olunmalıdır. Proqramın icrasında “Neftçala Sənaye Məhəlləsi”ndə yeni müəssisələrin açılmasını, “Sabirabad Sənaye Məhəlləsi”ndə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yeni infrastrukturun tikilməsini, 60-dan yuxarı iş yerlərinin, Naxçıvanda “Şərur Sənaye Məhəlləsi”nin açılmasını, həmçinin investisiya layihələrinin cəlb edilməsini görürük”.
Ekspert bildirib ki, ölkədə real sektora özəl investisiyanın cəlb edilməsinə nail olunub: “Real sektora 386 milyona yaxın investisiya yatırılıb, 3300-ə yaxın iş yeri açılıb. Sahibkarlığın İnkişaf Fondu tərəfindən sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına güzəştli kreditlərin ayrılması, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə təşviqedici və stimullaşdırıcı iqtisadi proqramların həyata keçirilməsi nəzərdə tutulub. Hazırda dünyada gedən siyasi-iqtisadi proseslərin təsirlərinin azaldılması üçün ölkəmizdə kənd təsərrüfatında əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması və fermerlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı əsaslı dövlət proqramları işlənərək hazırlanıb. Pandemiyanın təsirlərinin azaldılması ilə əlaqədar 2020-ci ildə sahibkarlara müəyyən maliyyə yardımları edilib. Heyvandarlığın inkişafını, kənd təsərrüfatının istehsalında 4%-ə qədər artım, ətraf mühitin mühafizəsi və sosial-iqtisadi inkişafı ilə bağlı regionların alternativ, bərpaolunan yaşıl enerji ilə geniş təminatını müşahidə edirik. Dördüncü proqram qəbul edildikdən sonra Qarabağın işğaldan azad edilmiş torpaqlarında iqtisadiyyatın canlandırılması, yeni şəhərlərin, ağıllı kəndlərin salınması, 600 min hektara yaxın ərazidə yeni əkin-biçin, kənd təsərrüfatına yararlı işlər görülməsi də nəzərdə tutulub. Bu da qeyri-neft sektorunun inkişafına çox əhəmiyyətli təsir göstərəcək. Bu proqram çərçivəsində yerli və əhəmiyyətli yolların çəkilməsi, yenidən təmiri, kəndlərimizin qazlaşdırılması sürətlə davam etməkdədir. İşğaldan azad olunan Sərsəng və Suqovuşan su anbarlarının təmiri başa çatdırılıb. Bu da əlavə enerji istehsalına şərait yaradıb, ölkəmizi enerji idxalçısından enerji ixracatçısına çevirib. Beynəlxalq loqistika və nəqliyyat imkanlarımız artırılıb. Şimal-cənub və şimal-şərq istiqamətində ağır yüklərin daşınması üçün yeni infrastruktur layihələr yaradılıb. Hazırda dünyada gedən proseslərlə əlaqədar Avropanın enerji təhlüksizliyində ölkəmizin əhəmiyyəti artıb. Azərbaycan nəqliyyat potensialından da dərəcədə istifadə edir. Bu da ölkəmizə əlavə olaraq valyuta axınını şərtləndirən amildir”.
İqtisadçı-ekspert Emin Qəribli bildirib ki, regionların sosial-iqtisadi inkişafı ayrı strategiyadır:

“Sovet dövründə planlanma var idi. Bu isə strateji idarəetmə istiqamətidir, buna indiqativ planlaşma da deyirlər. Burada regionların rolu çox yüksəkdir. İstər inkişaf etmiş, istər inkişafda olan ölkələrdə bu mövzu çox aktualdır. İtaliya, ABŞ-a baxsaq, görərik ki, müəyyən regionlarda inkişaf kifayət qədər yüksəkdir. Bəzi regionlarda isə bu, hətta inkişafda olan ölkələrə bərabərdir. Bu gün Azərbaycan inkişafda olan ölkədir, iqtisadiyyatını şaxələndirmək istəyir. Hər bölgənin səciyyəvi xüsusiyyətlərini, nisbi üstünlüklərini müəyyən edərək bunun əsasında iqtisadiyyat qurmaq çox vacib bir şərtdir. Müvafiq strategiyalarımız mövcuddur, 2023-cü ilə qədər bu strategiya yürüdüləcək. Son dövrlər regionlarda kənd təsərrüfatında, qeyri-neft sənayesində inkişaf var. Əksər bölgələrdə azad iqtisadi zonalar, xüsusi sənaye məhəllələri yaradılıb. Bu bölgələrə müvafiq üstünlüklər verərək rəqabət qabiliyyətliliyini artırırıq. Orta sənaye komplekslərinin yaranmasına müvafiq şərait yaradılır. Bu, tərkib elementi deməkdir. Neftçala, Salyan, Gəncə, Sabirabad, Şamaxı və digər bölgələrdə müvafiq iqtisadi zonalar var”.
İqtisadçı deyib ki, pandemiyadan sonra istər dünya, istərsə də Azərbaycan iqtisadiyyatında müəyyən dəyişikliklər baş verib: “Turizm sahəsi dayandı, qida məhsullarının istehsalında azalmalar oldu və.s. Buna rəğmən gördük ki, 44 günlük müharibədən sonra Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb, külli miqdarda investisiya yatırılıb. Bu gün Azərbaycanın bütün bölgələri sanki tikinti meydançasına çevrilib. Rayonların əksəriyyətində nəqliyyat dəhlizinin tərkib hissəsi olan yol xətləri çəkilir. Bu isə öz növbəsində həm regionun inkişafına, həm də Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına imkan yaradacaq. İnanıram ki, 2023-cü ilə qədər qoyulan hədəflərə tam nail olunacaq. Bu gün yeni bölgələrin inkişafına uyğun çağırışlar var. Artıq yeni sənaye inqilabına aid əmsallaşma prosesi gedir. Zəngilanda və digər bölgələrdə enerji, su problemləri mövcuddur. Nəzərə almalıyıq ki, pandemiya dünyada gedən prosesləri dəyişdi. Yeni problemlərlə rastlaşırıq. Ona görə də inanıram ki, regionların inkişafı strategiyasına növbəti mərhələdə xüsusi diqqət yetiriləcək. Hər bir bölgənin coğafi məkanını, yeraltı resurslarını, ayrı-ayrı dövlətlərə, bazarlara yaxınlığını müəyyən edib preferensiyaları artırmalıyıq. Dünya iqtisadiyyatında məhz dövlətin rolu artır. Bu strategiyaya bölgələrimiz nöqteyi-nəzərindən yanaşsaq, iqtisadiyyatımızın daha çox inkişafına nail ola bilərik. Bölgələrin sosial-iqtisadi inkişafı bizə imkan yaradacaq ki, gələcək illərdə ölkənin sosial rifahını, həm də qeyri-neft sektorunu, ixrac potensialını artırıb yeni reallıqlarla yeni dövrə daha güclü iqtisadiyyatı olan ölkə kimi davam edək”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
Ən son xəbərləri səhifəmizdən də izləyin