BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Saz aləti ilə də “Ay uzun saç, qara göz”, “Felecita” oxuyarlar?”

“Azərbaycanda elə bir sahə yoxdur ki, narazılıq olmasın. Məsələn, Türk dövlətlərinin birliyindən danışırıq. Amma dövlətin pulu nəyə xərclənir? Türkiyə türkcəsindən Azərbaycan dilinə dublyaja... Mirzə Ələkbər Sabir deyirdi ki, Osmanlıdan türkə tərcümə nə demək?! Birlik istəyirik, sonra da vəsait ayrırıq ki, filmlər tərcümə edilsin. Kobud tərcümə nəyə lazımdır? Anadolu ləhcəsi Azərbaycana dilinə yaxındır, tərcüməyə nə ehtiyac var ki?”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

 

T.Kərimli efir məkanındakı vəziyyətdən şikayətlənib: “Baxın Türkiyə televiziyalarına, canlı oxuyurlar, bizdə isə... 20-30 il əvvəl peşəkarların mahnılarını fonoqrama ilə oxuyurlar. Belə biabırçılıq olar?! Səsi olmayanlar efirdə bədənini nümayiş etdirir. Sorğu keçirsən ki, filan müğənninin hansı ifası yadında qalıb, xatırlamayacaqlar. Amma görünüşü, paltarı müzakirə ediləcək. Son zamanlar efirlərdə “istintaq”lar, “təhqiqat”lar aparılır, kimlərsə çirkin niyyətlərini efir vasitəsilə reallaşdırır. İnsanları bu qədər bayağılaşdırmaq olmaz, cəmiyyətə pis təsir edir. Elə bil, millətin başını ucuz şou ilə qatmaq istəyirlər, mənfi nümunələr önə çəkilir. Belə olan halda da, səviyyə aşağı düşür, elmə, təhsilə maraq azalır. Bəzi hallarda kimlərinsə ünvanına açıq söyüşlər söyülür... Dözülməz vəziyyətdir. Demirəm, hamısı belədir, bəzilərində maraqlı verilişlər olur, məsələn, “muğam müsabiqəsi” keçirilir... Saz türkün müqəddəs alətidir, Dədə Qorqudun, Koroğlunun əlində saz olub. Saz aləti ilə də “Ay uzun saç, qara göz”, “Felecita” oxuyarlar? Belə oyunbazlıq olmaz, saz da, aşıq da gözdən düşür. Aşıqları hərbi paltarda görmüşük, türk hərbi diksiyasını qoruyublar. Efirlərdəki vəziyyətdən çox narazıyam, cəmiyyətin tərbiyəsini pozmaq olmaz. Sovet dövründə ən usta adamlar beynəlxalq münasibətlərdən, elmdən, mənəviyyatdan danışardılar. İndi isə bayağılıq uğrunda yarışa girilib".

 

Kənan Mirzəyev

Tarix: 18 İyun 2022, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin