BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusla bağlı hərəkət məhdudlaşdırıldı

İtaliya Baş naziri Cüzeppe Konte, dünən gecə, koronavirusun yayılması ilə bağlı Lombardiya və  daha 14 əyalətin ərazisinə giriş və çıxış üçün məhdudiyyətlər qoyan sərəncam imzalayıb.

Pravda.az-ın xəbərinə görə, sərəncam ölkənin Emilia-Romagna, Marche, Piedmont, Veneto (Venesiya daxil olmaqla) bölgələrini də əhatə edir.  

Həmin ərazilərə yalnız müstəsna hallarda, nəzarət altında daxil olmaq və çıxmaq mümkün olacaq mümkün olacaq. Eyni zamanda muzeylər və qalereyalara giriş, mədəni tədbirlər də məhdudlaşdırılıb. 

Qeyd edək ki, İtaliya hakimiyyət orqanlarının verdiyi son məlumatlara görə, ölkədə koronavirusa yoluxanların sayı 5,8 minə çatıb, 223 nəfər isə bu virusun qurbanı olub.APA

Tarix: 8 Mart 2020, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin