BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyxin Londona qaçan arvadından AÇIQLAMA

Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi, Dubay hökmdarı şeyx Məhəmməd bin Rəşidin ötən il on milyonlarla dollar nəğd pulla birlikdə Londona qaçan Həya bu hərəkətinin əsas səbəbini açıqlayıb.

 
Pravda.az xəbər verir ki, şahzadə Həya əri Məhəmməd bin Rəşidin 11 yaşlı qızları Cəliləni Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana ərə verməyə hazırlaşdığı üçün saraydan qaçdığını bildirib.

 
Lakin qəzet qeyd edir ki, Məhəmməd bin Rəşid qaçan arvadının (hazırda Londonda onların boşanma iddiasına baxılır) bu iddiasını rədd edib. O bildirib ki, uşaqlarından heç biri bu yaşda ərə verilməyib və ya nişanlanmayıb. “Heç bir məcburi nigah olmayıb. Bu bir atanın həmin yaşdakı qızına edəcəyi hərəkət deyil”,-Dubay hökmdarı bildirib.

 
Şahzadə Həya ötən ilin əvvəllərində 40 milyon dollar nəğd pulla birlikdə, 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə qaçıb. Daha sonra onun Londona yerləşdiyi məlum olub. Habelə üzə çıxıb ki, şahzadə hələ Dubayda şəxsi cangüdəni, Britaniya xüsusi təyinatlı qüvvələrinin keçmiş döyüşçüsü ilə sevgili olub və ərinə xəyanət edib.Modern.az

Tarix: 8 Mart 2020, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin