Tanınmış vəkil Yalçın İmanov İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib.
Y.İmanov “Facebook” sosial şəbəkəsində etdiyi müraciətdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Kərəm Həsənovun qanunsuz əməllərindən bəhs edib.
Müraciətdə deyilir:
"Çox hörmətli Mikayil Cabbarov!
Mən, Sumqayıt şəhərində, Kottec qəsəbəsində yaşayıram. Yaşadığımız həyət evi təxminən 2 sot torpaq sahəsi üzərində yerləşir. Ev atamın adınadır. Mənzilin qeydiyyat vəsiqəsi var. Ancaq torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınmayıb. Bu yay şeytan məni yoldan çıxardı və əksər hissəsi mənzilin altında yerləşən torpaq sahəsinin sənədləşməsi niyyətinə düşdüm. Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdim və orada məndən imkanlarıma uyğun omayan və ödəyə bilməyəcəyim qeyri-qanuni məbləğ istənildi. Sözsüz ki, gücüm çatsaydı, bu pulu ödəyib, hörmət və izzətlə çıxarışı alardım. Ancaq yoxa lənət.
İdarədən rəsmi imtina cavabı aldıqdan sonra, sənədləri hazırlayıb torpağın üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəməyə müraciətdən sonra Dövlət Arxiv İdarəsinin Sumqayıt filialına sorğularla müraciət edib, həmin torpaq sahəsinin mənşəyi və hüquqi tarixçəsi barədə ətraflı məlumatları əldə etdim və məhkəməyə təqdim etdim. Artıq 3 məhkəmə iclası geridə qalıb və hər məhkəmə iclasında 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi heç bir ağlabatan dəlil gətirmədən iddiaya etiraz etməkdə davam edir.
Cənab Mikayil Jabbarov!
Mən, uzun müddət hüquqşünas işlədiyimdən məhkəmələrimizin anatomiyasını yaxşı bilirəm. Üstəlik, ortalıqdakı pis təcrübə də o biri tərəfdən qorxudur. İndiyə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin cavabdeh olduğu işlərdə iddiaların təmin edilmə perspektivi, faizi çox cüzidir və əksər hallarda demək olar ki, qeyri-mümkündür.
23 oktyabr 2019-cu ildə prezidentin fərmanı ilə siz İqtisadiyyat Naziri təyin edilmisiniz və Əmlak Məsələləri Dövlət Komitəsi də sizin rəhbərlik etdiyiniz genişləndirilmiş nazirliyin strukturuna daxil edilib. Sizin islahatçı və yeni dövrün çağırışlarına açıq bir insan, məmur olduğunuz haqda ən müxatəlif mənbələrdən məlumatlar eşitmişəm. Üstəlik onu da bilirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş rəhbəri Kərəm Həsənovun və onun kriminal dəstəsinin illərdi yığılıb qalmış ağır bir mirasını həll etmək sizin çiyinlərinizdədir.
Başqa bir tərəfdən isə, bugünlərdə ölkə prezidenti İlham Əliyev vətəndaşları qarşılaşdıqları nöqsanlar barədə uyğun dövlət orqanlarına məlumat verməyə, müraciət etməyə səsləyib. Məhz bu iki faktordan – sizin islahatçı obrazınızdan və prezidentin məlum son çağırışından ruhlanıb sizə müraciət edirəm: Məni qəbul edin və ümumi sahəsi 2 sota yaxın olan, böyük hissəsi mənzilin altında yerləşən torpaq sahəsinin sənədləşməsi, üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mövzusunda qarşılaşdığım problemlərimi dinləyin".
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:05
25 Aprel 17:59
25 Aprel 17:57
25 Aprel 17:55
25 Aprel 17:53
25 Aprel 17:33
25 Aprel 17:30
25 Aprel 17:12
25 Aprel 17:08
25 Aprel 16:48
25 Aprel 16:28
25 Aprel 16:27
25 Aprel 16:17
25 Aprel 16:11
25 Aprel 16:09
25 Aprel 16:03
25 Aprel 15:57
25 Aprel 15:55
25 Aprel 15:50
25 Aprel 15:34
25 Aprel 15:07
25 Aprel 15:04
25 Aprel 14:51
25 Aprel 14:43
25 Aprel 14:36
25 Aprel 14:28
25 Aprel 14:25
25 Aprel 14:16
25 Aprel 14:14
25 Aprel 14:12
25 Aprel 14:00
25 Aprel 13:57
25 Aprel 13:56
25 Aprel 13:51
25 Aprel 13:50
25 Aprel 13:45
25 Aprel 13:43
25 Aprel 13:41
25 Aprel 13:39
25 Aprel 13:36
25 Aprel 13:32
25 Aprel 13:22
25 Aprel 13:16
25 Aprel 13:10
25 Aprel 12:37
25 Aprel 12:36
25 Aprel 12:26
25 Aprel 12:14
25 Aprel 12:11
25 Aprel 12:08
25 Aprel 12:06
25 Aprel 12:05
25 Aprel 11:58
25 Aprel 11:50
25 Aprel 11:22
25 Aprel 11:19
25 Aprel 11:10
25 Aprel 11:00
25 Aprel 10:57
25 Aprel 10:54
25 Aprel 10:51
25 Aprel 10:46
25 Aprel 10:36
25 Aprel 10:33
25 Aprel 10:24
25 Aprel 10:19
25 Aprel 10:18
25 Aprel 10:12
25 Aprel 10:05
25 Aprel 09:55
25 Aprel 09:50
25 Aprel 09:43
25 Aprel 09:36
25 Aprel 09:34
25 Aprel 09:23
25 Aprel 09:16
25 Aprel 09:12
25 Aprel 08:55
25 Aprel 08:52
25 Aprel 08:52
25 Aprel 08:48
25 Aprel 08:44
25 Aprel 08:39
25 Aprel 08:37
25 Aprel 08:32
25 Aprel 08:29
25 Aprel 08:19
25 Aprel 08:17
25 Aprel 08:14
25 Aprel 08:11
25 Aprel 08:08
25 Aprel 08:04
25 Aprel 08:01
25 Aprel 05:51
25 Aprel 05:49
25 Aprel 05:45
25 Aprel 05:44
24 Aprel 21:30
24 Aprel 21:27
24 Aprel 21:04
24 Aprel 20:40
24 Aprel 20:04
24 Aprel 20:01
24 Aprel 19:59
24 Aprel 19:56
24 Aprel 19:54
24 Aprel 19:21
24 Aprel 19:19
24 Aprel 18:49
24 Aprel 18:46
24 Aprel 18:45
24 Aprel 18:43
24 Aprel 18:41
24 Aprel 18:39
24 Aprel 18:33
24 Aprel 18:31
24 Aprel 18:29
24 Aprel 18:26
24 Aprel 17:44
24 Aprel 17:32
24 Aprel 17:10
24 Aprel 16:49
24 Aprel 16:44
24 Aprel 16:41
24 Aprel 16:39
24 Aprel 16:32
24 Aprel 16:27
24 Aprel 16:18
24 Aprel 16:04
24 Aprel 15:44
24 Aprel 15:38
24 Aprel 14:59
24 Aprel 14:57
24 Aprel 14:56
24 Aprel 14:55
24 Aprel 14:54
24 Aprel 14:51
24 Aprel 14:29
24 Aprel 14:27
24 Aprel 14:24
24 Aprel 14:23
24 Aprel 14:21
24 Aprel 14:17
24 Aprel 14:10
24 Aprel 14:08
24 Aprel 14:06
24 Aprel 14:04
24 Aprel 14:03
Ən son xəbərləri səhifəmizdən də izləyin