BURADA REKLAMINIZ OLA
BİLƏR

Manaf Ağayev milyonluq villasında Rəqsanəni qonaq etdi

Artıq bir neçə ildir ki, Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Bakıya gəlib.

 

Sənətçi vətənə qayıdar-qayıtmaz həmkarı Manaf Ağayevin qonağı olub. Ağayev Rəqsanəni bahalı və dəbdəbəli evində qarşılayıb.

 

Rəqsanə "Bakıya gələn kimi birbaşa qardaşımın evində gəldim" deyə "Şourum" verilişinə müsahibəsində qeyd edib:

 

"İlk dəfədir, Manafın bağ evindəyəm. Maşallah. Görmüşdüm, amma qonaq olmamışdım. Birbaşa da qardaşımın evinə gəldim".

 

Bu sözlərdən sonra Ağayev Rəqsanənin ünvanına xeyli tərif yağdırıb:

 

"İlk sənətə gəldiyim anlardan çox gözəl münasibətimiz olub. Məni ona bağlayan onun hərəkətləridir. Mərd qızdır".

 

Veriliş zamanı Manafın geniş və lüks bağ evi də gözlərdən yayınmayıb. İfaçı açıqlamalarından birində 3 mərtəbəli villasının tikintisinə 1 milyon manat pul xərclədiyini bildirib. Daha sonra isə Ağayev bu fikirləri təkzib edərək bağ evinin ona hədiyyə olunduğunu deyib.

 

Baku.ws

Tarix: 20 İyun 2022, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin