BURADA REKLAMINIZ OLA
BİLƏR

BDU-nun rüşvət alan müəllimini hansı cəza gözləyir? - AÇIQLAMA

“Rüşvətalma ilə bağlı Cinayət Məcəlləsinin 311-ci maddəsində cəzalar nəzərdə tutulur. Bu maddə 3 hissədən ibarətdir. Ən sadə halda rüşvətə görə maksimum 4 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov Bakı Dövlət Universitetinin müəllimi Sədaqət Əhmədovanın ilk imtahandan keçmək üçün tələbədən 3-5 min manat miqdarında pul tələb etməsi ilə bağlı danışarkən deyib.

“Qanunsuz məsələyə görə rüşvət alan şəxs 5 ildən 10 ilədək azadlıqdan məhrum edilir. Əgər bu hal təkrar törədilirsə, törədən mütəşəkkil dəstədirsə, küllü miqdarda, yəni 5 mindən çox hədə-qorxu tətbiq olunmaqla rüşvət alınıbsa, o zaman 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir”, - hüquqşünas bildirib.

 

Qeyd: BDU-nun yaydığı məlumata görə, rüşvətlə bağlı səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

 

Aytəkin Qardaşova

Tarix: 20 İyun 2022, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin