BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 2 nəfərin ölümünə səbəb olan sürücü bəraət aldı, daha sonra həbs edildi

Şəki Apellyasiya Məhkəməsində Göyçayda yol qəzasında 2 nəfərin ölümünə səbəb olmaqdə təqsirləndirilən Ruslan Abdullayevin barəsində olan bərəat hökmündən verilən apellyasiya protestinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti təmin edilib. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib və Ruslan Abdullayev 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunub. Ruslan Abdullayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Qeyd: Hadisə 2020-ci il mayın 2-də saat 18 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində qeydə alınıb.


Belə ki, rayon sakinləri Ruslan Abdullayevin idarə etdiyi “Daewoo” və Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.


Nəticədə Ə.Babayev hadisə yerində, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanada ölüb.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Abdullayevə bəraət verilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib.


Kamal Məmmədov 

Tarix: 20 İyun 2022, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin