İyul ayının 15-dən Milli Məclisin deputatları tətilə çıxır. Maraqlıdır deputatlar bu yay tətillərini harada və necə keçirəcəklər? Onlar ölkə xaricinə ya bölgələrimizə üz tutacaqlar?
Bununla bağlı Pravda.az bir neçə deputat arasında sorğu keçirib.
Deputat Tahir Rzayev bildirib ki, Azərbaycanın səfalı, istirahət etməli yerləri çox olduğuna görə tətili elə Azərbaycanda keçirəcək:

“Mərdəkanda, Bilgəhdə yaxşı sanatoriyalarımız, eləcə də başqa ərazilərimizdə yaxşı istirahət mərkəzlərimiz var. Keçən il tətilə 10-15 gün Lerikə getmişdim, sonra isə Mərdəkana gəldim. Bu il də fikrim var ki, yenə də elə edim. Azərbaycandan başqa yerə getmək fikrim yoxdur. Ağcabədiyə də gedəcəyəm. Bir neçə gün orada olmalıyam, çünki seçicilərlə görüşəcəyəm. Sonra Lerikə, ya da İsmayıllıya gedəcəyəm. Avqustda isə Mərdəkandakı sanatoriyada 15 gün həm müalicə olunacağam, həm də istirahət edəcəyəm”.
Deputat Naqif Həmzəyev də yay tətilini Azərbaycanda keçirəcəyini bildirib:

“Hələ hanısa rayona gedəcəyimi tam dəqiqləşdirməmişəm, amma çox güman, Gəncədə, Gəncəətrafı rayonlarda olacağam. Göygöl, Xoşbulaq bu istiqamətlərdə dincələcəyəm.”
Deputat Müşfiq Cəfərov bildirib ki, o da tətili ölkə daxilində keçirəcək:

“Tətili Azərbaycanda keçirəcəyəm, xaricə getmək fikrim yoxdur. Gəncə və yaxın ərazilərdə olacağam. Ailəm Gəncədə yaşadığı üçün ola bilsin ki, elə ailəmlə birgə Bakıya da gələk”.
Deputat Rüfət Quliyev qeyd edib ki, o, tətillə bağlı hər hansı xarici ölkəyə getməyi planlaşdırmır:

“İyulun 15-dək işlərimiz var. Düşünürəm ki, deyəsən, dincəlməyə heç vaxtım olmayacaq. Amma boş vaxtım olanda, daha çox doğma Lənkərana gedirəm. Orada qohum-əqrabam, keçmiş məktəb yoldaşlarım var. Eləcə də tələbə yoldaşlarımın bir qismi oradadır. Asudə vaxtlarımı onlarla, ailəmlə keçirirəm. Tətilimi də bu şəkildə etməyi planlaşdırıram.”
Deputat Bəhruz Məhərrəmov bildirib ki, yay ərzində də iş qrafiki gərgin olduğuna görə istirahətlə bağlı planı yoxdur:

“Hazırda Milli Məclisin növbədənkənar sessiyası davam edir və nə qədər davam edəcəyini bilmirəm. Bundan başqa, hər ay azı 2 dəfə seçici qəbulumuz olur, qəbuldan sonra isə müraciətlər işlənməlidir. Habelə, mənim təmsil etdiyim dairə kənd rayonudur, buna görə də suvarma mövsümündə ciddi çətinliklərimiz olur, müraciətlər artır, yəni bu istiqamətdə işimiz çox olur. Digər tərəfdən üzərində işlədiyim qanun layihələri var. Bundan əlavə isə, doktorluq işim üzərində işləməliyəm, habelə, bir kitab üzərində də çalışıram. Bütün bunlardan sonra vaxt qalarsa, ən yaxşı halda 2-3 günlük rayonların birinə üz tuta bilərik, amma açığı buna əmin deyiləm”.
Deputat Elman Nəsirov bildirib ki, o, hələ tətili harada keçirməyi ilə bağlı dəqiq qərara gələ bilməyib:

“Tətili ölkə daxilində keçirəcəyəm, amma dəqiq olaraq hara gedəcəyimi hələ bilmirəm. Yəni bu Şəki də, Lerik tərəf də ola bilər. Təxmini bu iki variant ağlımdan keçir. Bundan başqa Zaqatala, Balakəndə dostlarım var, onlar da bir neçə günlüyə dəvət edirlər, amma hesab edirəm ki, iki həftəlik ya Şəkiyə, ya da Lerikə gedəcəyəm...”
Leyla Yusubova
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
Ən son xəbərləri səhifəmizdən də izləyin