BURADA REKLAMINIZ OLA
BİLƏR

Toylarla bağlı bu tələb ləğv edildi

Azərbaycanda şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi ləğv edilir.

Pravda.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Qərara əsasən, müəyyən edilib ki, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ləğv ediləcək.

Tarix: 20 İyun 2022, 20:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin