BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə qətl törətməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Piri Piriyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu il fevralın 27-də rayonun İrmaşlı kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü Piri Piriyev əmisi qızı, həmyaşıdı Aytac Piriyevanı qətlə yetirib.  İlkin məlumata görə, 24 yaşlı Piri əmisi qızının yaşadığı evə gəlib. Onunla söhbəti olduğunu bildirib və qadını dağlıq əraziyə aparıb. Daha sonra isə onun boğazını kəsərək qadını qətlə yetirib. Yaxınların sözlərinə görə, tərəflər arasında mübahisə foto üstündə düşüb. Belə ki, 23 yaşlı Aytac Piriyeva yazıldığı kompüter kursunda qrup yoldaşları ilə çəkdirdiyi şəkil əmisi oğlu Piriyevin qəzəbinə səbəb olub. İlkin istintaq zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində baş verib.

 

Xatırlatma: Aytac Piriyeva bir müddət öncə ailəsindən boşanaraq anası və qardaşı ilə birlikdə İrmaşlı Kəndində yaşayıb. Mərhumun bir azyaşlı oğlu var. Cinayəti törədən 23 yaşlı Piri Piriyev subay olub. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Tarix: 20 İyun 2022, 23:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin