BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Beynəlxalq Bankın işi ilə bağlı ekspertiza təyin etdi

Bakı Kommersiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Bridge company” MMC-yə qarşı iddiası keçirilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə baş tutan prosesdə icraatın dayandırıldığı elan olunub.


Bildirilib ki, məhkəmə tərəfindən ekspertiza təyin olunub.


Proses qeyri-müəyyən günədək təxirə salınıb.


Qeyd: “Azərbaycan Beynəlxalq Bankı” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
 

Şirkətlə yanaşı cavabdeh qismində Hacı-zadə Fidan Elqar qızı, Hacızadə İlqar Əskər Əli oğlu və İsmayılov Daşqın Miskin oğlu göstərilib.

 

Kamal Məmmədov 

Tarix: 21 İyun 2022, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin