BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Məmmədov: “Benzin, amortizasiya xərcləri, maddi məsələlər var, maaşımız artırılsa, yaxşı olar...”

Deputatların maaşlarının artırılması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bu barədə rəsmi sənəd də imzalanmayıb. Millət vəkilləri tez-tez seçicilərlə görüşə getməlidirlər, tədbirlərdə iştirak etməlidirlər. Bu məsələlər vacibdir, nəzərə alınmalıdır. Bəzi deputatlar rayonda yaşayırlar, bəziləri rayonlar üzrə seçki dairlərini təmsil edirlər. Dəfələrlə rayona gedib-gəlirlər. Elə-belə alınmır...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

 

“Şəxsi avtomobillə gedəndə, benzinə pul xərcləyirik.  Benzin, amortizasiya xərcləri, maddi məsələlər var... Bunlar hamısı nəzərə alınmalıdır. Maaşlar artırılsa, əlbəttə, yaxşı olar”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 21 İyun 2022, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin