BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qızıl alverçisi olan iqtisadçı həbs edildi - ÖZƏL

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alidə Niftuliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosedə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, Alidə Niftuliyevanın haqqında həbs qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclası zalından həbs olunub.

 

İttihama görə, qızıl alveri ilə məşğul olmuş Alidə Niftuliyeva tanışı Naibə Nəcəfovaya qarşı 91 800 manatlıq dələduzluq edib.

 

Belə ki, o, Naibə Nəcəfovanın külli miqdarda qızılını satmaq adı ilə ondan alaraq dələduzluq yolu ilə ələ keçirib.

 

Alidə Niftuliyeva məhkəmədə dindirilən zaman ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı vəzifəsində işləyib. Sonradan qızıl alveri ilə məşğul olub.  Mərkəzdə birgə işlədiyi Aygünlə əvvəllər qızıl alveri edib. Bildirib ki, Naibə Nəcəfovanı da Aygünün vasitəsi ilə tanıyıb.

 

Alidə Niftuliyevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 21 İyun 2022, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin