BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana yay fəsli daxil oldu

Bu gün saat 13:13-də Azərbaycana yay fəsli daxil olub.


AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Pravda.az-a verilən xəbərə görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.


Bu gün ən uzun gündüz və ən qısa gecə qeydə alınacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.


Yay fəsli sentyabrın 23-dək davam edəcək. 23 sentyabr saat 05:03-də payız fəsli daxil olacaq və payız gecə-gündüz bərabərliyi olacaq. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

Tarix: 21 İyun 2022, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin