BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərslər sentyabrın 1-də başlayacaq? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, hazırda bu, müzakirə məsələsi deyil.

 

"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarının 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə məsələsi deyil" - qeyd olunub.

 

APA

Tarix: 21 İyun 2022, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin