BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda mühafizəçi söyüşə görə bıçaqlandı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Xaçmazda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Nizami Baxışovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Qeyd: Hadisə 2021-ci ilin avqustun 6-sı saat 01:30 radələrində Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən “Asiman” marketin qarşısında qeydə alınıb.


Belə ki, N.Baxışov yanacaqdoldurma məntəqəsinin ərazisindəki marketin qarşısına gələrək şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kənd sakini, həmin marketdə mühafizəçi işləyən Sahib Cəbrayılova çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.


Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


N.Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


O ifadəsində bildirib ki, S.Cəbrayılov onu təhqir etdiyi üçün həmkəndlisini bıçaqlayıb.


Kamal Məmmədov 

Tarix: 21 İyun 2022, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin