BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəsib Məhəməliyev: “Venesiya Komissiyasının “Media haqqında” qanuna verdiyi rəy qərəzli və birtərəflidir”

“Avropa Şurasının Venesiya Komissiyasının “Media haqqında” qanuna verdiyi rəy, yumşaq formada desək, qərəzli və birtərəflidir. Bu, uzun illər Azərbaycana qarşı aparılan və ikili standartlardan irəli gələn siyasətdən qaynaqlanır. Beynəlxalq təşkilatlar, onların yerlərdəki vətəndaş cəmiyyətlərinin ayrı-ayrı üzvləri vaxtaşırı Azərbaycan əleyhinə belə qərarlar, qətnamələr çıxarır, rəylər verirlər. Bunun da kökündə qlobal siyasət dayanır. Ermənistanla münasibətlərdə irəliləyiş əldə olunduqda, yaxud da Azərbaycan iqtisadi baxımdan hansısa layihələri icra etdikdə ölkəmizin iqtisadi inkişafını həzm edə bilməyən qüvvələr vaxtaşırı informasiya müharibəsi kontekstində qərəzli siyasət aparırlar”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, zaman-zaman müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın problemlərinə, həqiqətlərinə qarşı ədalətsiz, qərəzli, qeyri-obyektiv yanaşma müşahidə edilib: “Bir milyona yaxın məcburi köçkünün 30 il ərzində yurd-yuvasından didərgin düşməsi və onların həyat şəraitlərinin normallaşması, doğma yuvalarına qayıtması üçün heç bir ciddi səy göstərilməməsi bunun bariz nümunəsidir”.

 

Aytəkin Qardaşova

Tarix: 21 İyun 2022, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin