BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda adam öldürməkdə təqsirləndirilən qazi məhkəmə qarşısında

Bakıda adam öldürməkdə Yəhya Quliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Bu il fevralın 13-ü saat 02 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin aralarında baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İlkin məlumata görə, Biləcəri qəsəbəsində yaşayan və Vətən müharibəsi qazisi olan Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda yaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlmiş şəxslərlə Yəhya Quliyev arasında mübahisə yaranıb. Az sonra mübahisə münaqişəyə çevrilib.

 

Yaxınlarının bildirdiyinə görə, Yəhya həmin şəxsləri yumruqla vurub. Nəticədə 30 yaşlı Eynulla aldığı xəsarətdən vəfat edib.

 

Xatırlatma: Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində yaralanıb. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

 

Kamal Məmmədov

Tarix: 21 İyun 2022, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin