BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqşin Fateh davada xəsarət aldı - VİDEO

Meyxanaçı Aqşin Fateh ötən axşam qatıldığı “Həmin Zaur” verilişinin canlı efirini yarımçıq tərk etməli olub.

 

Buna səbəb onun əlinin ağrıması olub.

 

Verilişə əlisarıqlı gələn ifaçı başına gələn hadisədən də danışıb: “Bu yaxınlarda bizim məkanda ara qarışmışdı. Mən dava etməmişəm. Dava edənləri aralayanda əlim birinin boğazına keçdi. Barmaq yerindən çıxdı. Sınıqçı bir saat üstündə əlləşdi”.

 

“Həmin Zaur”da qonaq olan digər ifaçı Şəbnəm Tovuzlu isə həmkarı ilə səhər proqramında qonaq olduğunu deyib. Bildirib ki, A. Fatehin əli şiş idi.

 

Qafqazinfo

Tarix: 22 İyun 2022, 10:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin