BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami RİH sakinlərin narazı qaldığı tikinti şirkətinə tapşırıq verdi

Vətəndaşların müraciəti əsasında Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və məsul əməkdaşları ilə MMC-nin və sakinlərin sözügedən ünvanda görüşü keçirilmiş və qaldırılan məsələlər araşdırılıb.

 

Bu barədə Pravda.az-a Nizami Rayon İcra Hakimiyyətindən bildirilib.

 

Qeyd olunub ki, “Vesta Construction” MMC-nin nümayəndəsi layihəyə əsasən ərazidə “A”, “B”, “C”, “D” və “E” bloklarından ibarət yaşayış kompleksinin inşasının hazırda mərhələli şəkildə həyata keçirildiyini, “B” və “C” bloklarının istismara verildiyini, “A” blokunda tamamlama işlərinin aparıldığını “D” blokunda tikinti quraşdırma işlərinin yekunlaşdırıldığını, həmçinin tikinti gedən ərazidə quraşdırılmış qaldırıcı kranın öz funksiyasını tamamladığından yaxın günlərdə demontaj olunacağını bildirib.

 

Araşdırma nəticəsində aşkarlanan problemlərin aradan qaldırılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən MMC-yə müvafiq tapşırıqlar verilib.

   

Vətəndaşları narahat edən problemlərin aradan qaldırılması Rayon İcra Hakimiyyətinin nəzarətindədir.

 

Kənan

Tarix: 22 İyun 2022, 11:26   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin