BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Astarada küçələrdən birinə Nuru Paşanın adı verildi - FOTO

Astarada şəhərin geniş küçələrindən birinə Azərbaycan tarixində, xüsusən hərb tarixində əbədi olaraq öz imzasını qoymuş Qafqaz İslam Ordusunun  komandanı Nuru Paşanın adı verilib.

 

Pravda.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa məlumat verib.

 

Deputat bildirib ki, küçədə artıq üzərində Nuru Paşanın adı yazılan müvafiq lövhə də vurulub: “Millət vəkili həmkarım hörmətli Rəşad Mahmudov bu şəkli mənə göndərdi və xeyli sevindim. Millətimizin xilaskarına vəfa borcunu yerinə yetirən Astaraya salam olsun. İnşallah Bakı da Astaradan nümunə götürər…”

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 22 İyun 2022, 13:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin