BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Məmmədov: “İmkanımız var, müdafiə xərclərini artırırıq, Ermənistan kimi dilənçilik etmirik ki...”

“Hər hansı bir dövlət indiki beynəlxalq vəziyyətdə baş verənlərlə bağlı təhlükəsizliyini, müdafiəsini, dövlətçiliyini qoruyub saxlamaq istəyirsə, həmişə müdafiəsinə, təhlükəsizliyinə ciddi diqqət yetirməlidir. Azərbaycanın da müdafiə xərclərini artırması bu məqsədi güdür. Azərbaycan müdafiə xərclərini hər zaman ən yüksək səviyyədə saxlamalıdır. Ordumuz dünyada mövcud olan ən müasir silahlarla silahlanmalı, Azərbaycan əsgəri hər cəhətdən təmin olunmalı, döyüş hazırlığı yüksək səviyyədə tutulmalıdır. Azərbaycan ordusu döyüş hazırlığı üzərində hər zaman işləyir. Bizim elə murdar, məkirli, xəyanətkar qonşumuz var ki, hər zaman hər şey ola bilər. Buna görə də müdafiə xərclərini artırmağımız çox vacibdir, lazımdır. Bu, bizim təhlükəsizliyimiz üçün çox əhəmiyyətlidir”.


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.


Deputat bildirib ki, Ermənistan təxribat xarakterli bəyanatlar yayır: “Guya Azərbaycanın müdafiə xərclərini artırmaqda məqsəsdi yeni müharibəyə hazırlaşmasıdır. Azərbaycan sülhsevər dövlətdir və heç kimlə müharibə etmək məqsədi yoxdur. Ancaq Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü, dövlətçiliyini qoruyub saxlamaq üçün hər an müharibəyə, döyüşə hazır vəziyyətdə olmalıdır. Müdafiə xərclərimiz günü-gündən artır və artmalıdır. İmkanımız var, artırırıq. İşğalçı düşmən dövlət kimi dilənçilik etmirik ki... Müxtəlif dövlətlərdən cürbəcür yollarla, bəhanələrlə silah-sursat təminatını təşkil edən dövlətlər var, xüsusən düşmən Ermənistan... Şükür Allaha, bizim maddi imkanlarımız var. Ona görə də müdafiəmizi həmişə yüksək səviyyədə təmin etmək üçün vəsaitimiz lazımi qədər olmalıdır”.


Aytəkin Qardaşova

  

Tarix: 22 İyun 2022, 15:13   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin