BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə anasını taxta ilə döyüb öldürən oğula 10 İL HƏBS

Gəncə Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Ramin Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən il iyulun 24-də Gəncə şəhəri, Məhsəti qəsəbəsində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovanı döyərərək ona xəsarət yetirib. S.Rüstəmova hadisədən bir neçə gün sonra - avqustun 7-də ölüb.

 

Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

R.Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 22 İyun 2022, 16:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin