BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov iranlı rəsmilərin nəbzini yoxlayacaq - ŞƏRH

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya Tehrandan gələcək. Lavrovun İran paytaxtında ikitərəfli əməkdaşlığın hazırki vəziyyətini, Tehranın nüvə çalışmalarını və Suriyadakı durumu müzakirə edəcəyini proqnozlaşdırmaq olar. Rusiya və İran Qərbin sanksiyaları altındadırlar. Ona görə hər ikisi bir-biri ilə siyasi və iqtisadi əlaqələrin inkişafını istəyirlər, sadəcə həm Rusiyanın, həm də İranın hazırki ağır iqtisadi vəziyyət şəraitində bir-birlərinə təklif edəcək layihələr çox deyil. İki dövlət arasında hərbi əməkdaşlıq haqqında çox danışılsa da, bu istiqamətdə də irəliləyiş yoxdur. İranın kifayət qədər maliyyəsi yoxdur ki, Rusiyadan almaq istədiyi hərbi texnikanın hesabını ödəyə bilsin”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, ikinci mövzu Tehranın nüvə çalışmalarıyla bağlıdır: “Lavrov Tehranın Qərblə yeni nüvə anlaşması imzalayıb imzalamayacağı barədə iranlı rəsmilərin nəbzini yoxlayacaq. Suriyaya gəldikdə Rusiya və İran Türkiyənin yeni hərbi əməliyyatının əleyhinədirlər. Tehranda tərəflər bunu vurğulayacaqlar. Ancaq Türkiyə milli və təhlükəsizlik maraqlarından çıxış edir və əgər bu maraqlar Suriya ərazisində terrorçulara qarşı hərbi əməliyyatı diqtə edəcəksə, Moskva və Tehranın bu barədə nə düşündüyü Ankara üçün əsas olmayacaq”.

 

Kənan

Tarix: 22 İyun 2022, 17:00   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin