BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı - Bu, bizə nə vəd edir?

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın yeni konturlarını müəyyənləşdirən 20-yə yaxın sənəd imzalandı. Böyük və zəngin tarixə, ciddi resurslara malik olan, əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yerdə qrəarlaşan Özbəkistanla iqtisadi-siyasi, hərbi əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması mühüm tarixi əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycan və Özbəkistanın xarici siyasətinin strateji hədəflərinin yer alması hər iki ölkə üçün daha müstəqil və çevik imkanlar yaratmış olacaq.

 

- Sənəddə dövlətlərin ərazi bütövlüyünün və müstəqilliyinin qarşılıqlı şəkildə dəstəklənməsinin ifadə olunması hazırki gərgin qlobal proseslər fonunda xüsusilə əhəmiyyətlidir.

 

- Hazırda Azərbaycanda şaxələndirilmiş (neftdən asılılığı azaldan) iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atılır və belə bir situasiyada Özbəkistanla qarşılıqlı kənd təsərrüfatı, logistika, sənaye, investisiya layihələrinin icrası ölkəmizdə qeyri-neft sektorunun yeni mərhələyə qədəm qoymasında mühüm rol oynayacaq.

 

- Sənəddə ən mühüm məsələlərdən biri hərbi -texniki, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın nəzərdə tutulmasıdır. Bu məsələnin “kənar təhdidlərin olduğu bir dövrdə” sənəddə yer alması bu sahədəki oraktiki addımları sürətləndirəcək. Nəzərə almaq lazımdır ki, 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edən Özbəkistan bu qurumu yaradan ölkələrdən biridir. Daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Özbəkistan üçün Azərbaycanın bütün sahələrdə, xüsusilə də hərbi istiqamətdə Qərbə inteqrasiyası açar rolunu oynayır. Azərbyacan ordusunun əlahiddə döyüş təcrübəsinin öyrənilməsi Özbəkistan üçün də cəzbedici olmaya bilməz.

 

- Digər tərəfdən, Azərbaycan-Özbəkistan arasında siyasi Bəyannamənin imzalanması Türk Dövlətləri Şurasının möhkəmlənməsinə də öz pozitiv töhfəsini verəcək. 2019-cu il sentyabrın 4-də Türk Şurasına üzv olan Özbəkistanın Azərbaycanla ayrıca strateji tərəfdaşlıq qazanması rəsmi Bakının manevr imkanlarını da genişləndirmiş olacaq.

 

Diqqət ediriksə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin gələcək inkişaf prioritetlərinin reallaşdırılması yalnız Azərbaycan üzərindən mümkündür. Qərbin Azərbaycanı enerji sahəsində əsas alternativ ölkə kimi görməsi yaxın gələcəkdə Bakının Qərblə Şərq arasında əsas orbit olacağını göstəricilərindəndir. Prezident Şövkət Mirziyoyevin qeyd etdiyi kimi, hər iki ölkə arasında razılaşdırılan məsələlərin praktiki həlli Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə Azərbaycanla Özbəkistanın Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərininbazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək.

 

Dənizə birbaşa çıxışı olmayan Özbəkistanın Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyəti ölkəmizin qarşılıqlı imkanlar qazanmasını təmin edəcək.

 

Müəllif: Samir Feyruzov

Tarix: 22 İyun 2022, 19:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin