BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa görə boşanmalar təxirə salındı

İranın Mazandaran əyalətinin sosial xidmətlər üzrə rəhbəri Ferzad Goherdehi ölkədə artan COVID-19 təhlükəsi ilə əlaqədar təxirə düşən tədbirlər siyahısına boşanma üzrə məhkəmə proseslərinin də daxil edildiyini açıqlayıb.

Pravda.az-ın xəbərinə görə, bu qərar martın 20-nə qədər qüvvədə olacaq.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkə ərazisində sözügedən virusa yoluxanların sayının 6 mini keçdiyini, ölənlərin isə 194 nəfər olduğunu açıqlayıb.Oxu.az

Tarix: 8 Mart 2020, 23:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin