BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gömrükdə rüşvət olarsa, istefa verəcəyəm” deyən Səfər Mehdiyev sözünə niyə əməl etmir?

“Gömrük xidməti general-mayoru, Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” birliyinin sabiq direktoru  Ehtiram Xəlilov barəsində  4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ehtiram  Xəlilov 2 gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin  keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılmışdı. General Xəlilov 200 min manatdan artıq məbləğdə rüşvət almaqda və bir sıra digər cinayətlər törətməkdə ittiham olunur. Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev açıqlamalarının birində "Gömrükdə rüşvət olarsa, istefa verəcəm” demişdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

 

“Gömrük general-mayoru Ehtiram  Xəlilovdan əvvəl  DGK-nin bir sıra işçiləri də korrupsiya ittihamı ilə həbs olunub, amma  gömrük xidməti general-polkovniki Səfər Mehdiyev hələ də iş başındadır” – Q.İbadoğlu qeyd edib.

 

Kənan

Tarix: 22 İyun 2022, 22:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin