BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcabədidə arvadını bıçaqlayaraq öldürmək istəyən kişi məhkəmə qarşısında

Ağcabədi rayonunda adam öldürməyə cəhddə təqsirləndirilən Raman Təhməzovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Əli Əliyevin sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Hadisə bu il fevralın 17-si saat 16 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində qeydə alınıb.


Belə ki, Raman Təhməzov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.


Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 23 İyun 2022, 07:08   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin