BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftin qiyməti düşür, manat ucuzlaşa bilər

“Neft qiymətlərinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsiri birbaşa və güclü olacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlunun sözlərinə görə, əldə edilən gəlirləri 1 barrel üçün neftin qiyməti 55 dollar səviyyəsində hesablanan Dövlət Neft Fondunun və dövlət büdcəsinin mədaxilində çətinliklər yaranacaq və belə situasiya davamlı olarsa hökümət ilk növbədə DNF-nin, sonra isə dövlətin büdcəsinə yenidən baxmalı olacaq: “Əks təqdirdə DNF-nin dövlət büdcəsi, dövlət büdcəsinin də aztəminatlı əhali və maliyyəşdirdiyi təşkilatlar qarşısında öhdəliklərinin icrasında problemlər yaranacaq. Neft qiymətlərinin ucuzlaşması qaz ixracatından əldə edilən gəlirlərə də təsir etdiyindən SOCAR-ın da işçiləri və müştərək investorları qarşısında öhədliklərinin yerinə yetirilməsi imkanları pisləşəcək. Anti-demokratik ölkələrin, o sıradan Azərbaycanın 2015-2016-cı illər təcrübəsi göstərir ki, belə situasiyada avtoritar ölkələr xərclərini "əhalini vergi və rüsumlarla yükləməklə" çıxardırlar. Görünən odur ki, bu vəziyyətdən çıxış yolu axtaran hakimiyyət neft-qaz gəlirlərinin azalmasından olan itkiləri əhalinin büdcə və SOCAR qarşısında öhdəliklərini artırmaqla, eləcə də manatın ucuzlaşmasına rəvac verməklə tarazlaşdırmağa çalışsın. Başqa variant benzinin qiymətlərinin, su, elektrik və qaz tariflərinin bahalaşması və borclanmaya getmək də ola bilər. Odur ki, bilmirsən ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına sevinəsən, yoxsa kədərlənəsən. Hər ikisi sadə əhali üçün pisdir. Qiymət bahalaşanda gəlirlər bir qrupun, qiymət ucuzlaşanda isə xərclər hamının, daha çox da yoxsul təbəqənin üzərinə düşür”.

Tarix: 9 Mart 2020, 07:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin