BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan baş həkimdən xəbər var

Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsindəki hökmdən kassasiya şikayəti verib.

Pravda.az-ın xəbərinə görə, şikayət Ali Məhkəmədə hakim Hafiz Nəsibovun icraatına verilib.

T. Kosayev şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə T.Kosayev 2 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib.APA

Tarix: 9 Mart 2020, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin