BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami RİH: Hasarlanan ərazi şəxsi mülkiyyətdədir - FOTO

Bakı şəhəri Nizami rayonu, Məmməd Şərifli küçəsində yerləşən şam ağaclarının olduğu böyük ərazi 10 ilə yaxındır hasarlanıb. Vətəndaşlar iddia edirlər ki, sözügedən ərazidə ağaclarlar məhv ediləcək, çoxmərtəbəli bina tikiləcək.

 

Pravda.az-ın sorğusuna cavab olaraq Nizami Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təlim sektorunun müdiri Cavid Qafarov bildirib ki, vətəndaşların narahatlığına heç bir əsas yoxdur.

 

O bildirib ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2524-cü məhəllədə hasara alınan torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 26.10.2006-cı il tarixli, MH seriyalı 0025600 №-li Çıxarışa, 18.09.2009-cu il tarixli, MH seriyalı 0210631 №-li Çıxarışa və 08.06.2010-cu il tarixli, MA seriyalı 0075720 №-li Çıxarışa əsasən müxtəlif vətəndaşların şəxsi mülkiyyətində və istifadəsindədir: “Sözügedən ərazinin bir hissəsi üçün “R və S” MMC tərəfindən tərtib olunmuş eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26.11.2008-ci il tarixli 18/03-8/6510 №-li məktubu ilə razılaşdırılmışdır. Ərazi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilib. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3 maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü 2,2 metr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca çəkilən hasarlara icazə tələb olunmur. 2012-ci ildən hasara alınan sözügedən ərazidə ağacların kəsilməsi, tikinti işlərinin aparılması faktı aşkar olunmayıb və yaşıllıqların qorunması aidiyyəti qurumlarla birgə Rayon İcra Hakimiyyətinin nəzarətindədir”.

 

Leyla Yusubova

Fotoları təqdim edirik
Tarix: 24 İyun 2022, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin