BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftin qiyməti 20 dollara enə bilər - PROQNOZ

“Goldman Sachs” bankının analitikləri güman edir ki, neftin ucuzlaşması davam edə bilər.

Pravda.az-ın verdiyi xəbərə görə, analitiklər bazardakı dəyişkənliyi nəzərə alaraq, neftin qiyməti bir barelə görə 20 dollaradək düşəcəyini ehtimal edirlər.

Onların fikrincə, bunun əsas səbəbi Rusiyanın OPEC-lə neft hasilatını azaltması üzrə razılaşmamağıdır. Bundan əvvəl isə, qara qızıl bazarına dünyada sürətlə yayılmış koronavirus zərbə vurmuşdu.

Qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,86% azalaraq 29,78 dollar təşkil edib.APA

Tarix: 9 Mart 2020, 11:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin