BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədrləri Həkəri çayına balıq buraxıblar

Zəngilan rayonunda səfərdə olan Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Həkəri çayına balıq buraxılma mərasimində iştirak ediblər.

 

Pravda.az xəbər verir ki, partiya sədrləri prosesə qoşularaq çaya balıq buraxıblar.

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev səfər iştirakçılarına Həkəri çayı və bu ərazilərin flora və faunası haqqında məlumat verib. Buraxılan balıq növləri barədə səfər iştirakçılarını məlumatlandırıb. O, Həkəri çayına 3 min balığın buraxıldığı bildirib.

 

Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.

Tarix: 24 İyun 2022, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin