BURADA REKLAMINIZ OLA
BİLƏR

“Boksçu qadının doğduğu uşaq sağlam ola bilməz, əyri-üyrü olacaq” - Sabiq deputat

"Mən qadınların boksla məşğul olmasına dünya səviyyəsində qarşıyam və tərəfdarı deyiləm. Elmi cəhətdən ortaya fakt qoymuşam ki, boks gələcəkdə ana olmaq istəyən bu qadınların övladları üçün təhlükədir. Alimlər hara baxır?! Mən başa düşə bilmirəm. Bu zərbəni başa da, qarına da vururlar. Qarına vurulan zərbə gələcək uşağın sağlamlığı üçün zərərdir".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı Ağacan Abıyev deyib.

A.Ablyev qeyd edib ki, analığın yerinin bir balaca deformasiya olması gələcək uşağın “ev”inin xarab olması deməkdir: "Uşağın sağlam doğulması üçün onun ana bətnindəki “ev”i Allahın yaratdığı səviyyədə olmalıdır. Amma deformasiyadan sonra o “ev” artıq xarabaya çevrilir və ordan çıxan uşaq sağlam ola bilməz, əyri-üyrü olacaq".

"Bu məsələni bir dəfə Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının iclasında demişəm. Başlarını tərpədib razılaşdıqlarını bildirirlər. Amma ordakıların elmdən xəbəri yoxdur. Qadınları bu işə qataraq pul qazanmaq insanlığa yaraşmayan hərəkətdir. Onlar bəşəriyyətin əleyhinə olan adamlardır. Qadınları boksa cəlb edənlər, nə qadınları, nə insanları, nə də bəşəriyyəti sevmirlər. O adamların dünyadan xəbəri yoxdur. Çox heyflər olsun ki, boksda akademik Emil Jeçev, professor doktor Ənvər Çoudri artıq yoxdur. İndi boks biznesmenlərin əlinə keçib. Onlar da idmanı, sağlamlığı yox, pulu düşünür"- sabiq deputat əlavə edib.Oxu.az

Tarix: 9 Mart 2020, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin