BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dünyaya övlad gətirmək istəmirəm" - Səidə Sultan

"Heç vaxt ailə qurmaq istəməmişəm. Artıq 40 yaşıma yaxınlaşmışam. Səidə olaraq formalaşmışam. Bundan sonra hansısa kişinin nazını götürüm, onun paltarını yuyum və sair. Mən bunu bacarmaram. O mənə desin ki, bunu etmə... Artıq özüm formalaşmış insanam. Məni bundan sonra kim dəyişə bilər?"

 

Bu sözləri müğənni Səidə Sultan "MTV Maqazin" verilişində deyib.

 

İfaçı ana olmaq istəmədiyini də söyləyib: "Ana olmaq arzusunda deyiləm. Dünyaya övlad gətirmək istəmirəm. Ən böyük arzularımdan biridir ki, Uşaq Sığıncağaından 5-10 uşağı götürüm, saxlayım. Hətta onları təhsil verim və üzərlərində zəhmətim olsun".

 

İfaçı kişilərin diqqətsizliyindən də danışıb: "Qadın kişidən diqqət görəndə xoşbəxt olur. Bu dünyada qadının başqa istək və arzusu yoxdur. Xanım nəvaziş istəyir".

 

Teleqraf.com

Tarix: 25 İyun 2022, 20:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin