BURADA REKLAMINIZ OLA
BİLƏR

Elgiz Əkbər: "Qoxu hiss etmirəm"

Aparıcı Elgiz Əkbər yeni açıqlaması ilə diqqət çəkib.

 

O, bir müddət əvvəl müəyyən məbləğdə vəsait sərf edərək burun əməliyyatı etdirib. Lakin sonra səhhətində problemlər yaranıb. Aparıcı bu haqda aparıcısı olduğu "Elgizlə izlə" verilişində danışıb.

 

Onun sözlərinə görə, qonşu ölkə Türkiyədə etdirdiyi əməliyyatı uğursuz olub:

 

"Burnumda problem var idi. Türkiyədə əməliyyat etdirdim və 6 000 dollar (təxminən 10 200 AZN) ödədim. Guya müğənni İbrahim Tatlısəsin yatdığı xəstəxanada əməliyyat olunmuşdum. Qoxu bilmirəm, iyi hiss etmirəm. Ən çox sevdiyim yaz fəslində çiçəklərin iyini belə bilmirəm".

 

Baku.ws

Tarix: 27 İyun 2022, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin