BURADA REKLAMINIZ OLA
BİLƏR

Tozlu hava şəraiti nə vaxtadək davam edəcək? - CAVAB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 9 mart 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərlərin nəticələrinə görəŞ havada toz-duman müşahidə edilir və tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

 

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında  toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.

Tarix: 9 Mart 2020, 16:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin